“VKontakte”nin işində də nasazlıq yarandı

 01:00 05.10.2021     1713

Rusiyanın “VKontakte” sosial şəbəkəsinin işində də nasazlıq yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

İstifadəçilər tətbiqə daxil olan zaman problemin yaşandığını qeyd edir.

Şikayətçilər həmçinin tətbiqin serverə qoşulması ilə bağlı da problemin yaşandığını bildirirlər.