Feysbuk və instaqramda yenidən nasazlıqlar yarandı

 21:21 05.10.2021     270

Dünyanın bir sıra ölkələrində instaqram və feysbuk sosial şəbəkələrinin işində yenidən problem yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, istifadəçilər sosial şəbəkənin işindəki fasilələrdən şikayətlənirlər.

Sosial şəbəkənin işindəki nasazlıqlar əsasən ABŞ, İngiltərə, Avropa, Kanada, Rusiya və digər ölkələrdə müşahidə olunur.

İstifadəçilərin 54%-i tətbiqdəki problemdən, 25%-i vebsaytın yüklənməməsindən, digər 39%-i şəbəkəyə qoşulmaqdan şikayətlənir.

Feysbukdakı nasazlıqlar isə əsasən sayt, tətbiq və şəbəkə ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün “Facebook”, “Instagram” və “WhatsApp”, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb.