İnstaqramda çoxdan gözlənilən yenilik - İndi 60 dəqiqə oldu

 08:27 06.10.2021     1065

İnstagram sosial şəbəkəsi yüklənən videoların müddətini bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

Redaktor.az "The Verge"yə istinadən xəbər verir ki, əvvəllər müddəti çox olan videolar IGTV tətbiqində yayımlanıb.

Bundan sonra isə IGTV adını "Instagram TV" olaraq dəyişdirəcək.

Bu format sosial şəbəkəyə yalnız video məzmununu izləmək xatirinə daxil olan istifadəçilər üçün əlverişli olacaq.

Xatırladaq ki, IGTV 2018-ci ildə istifadəyə verilib.