Feysbuk, instaqram və votsapda nasazlıq yaranıb

 22:11 19.11.2021     290

Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və votsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən instaqram və feysbukun işindəki problemlərdən narazılıq edir. Almaniyada votsap və instaqram, Niderlandda votsap, Böyük Britaniyada isə instagramın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, instaqramdas daha çox xəbər lentində, feysbukda saytın işində, votsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.