Teleqramın işində nasazlıq yarandı

 22:01 27.12.2021     422

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

İstifadəçilərin 43%-i proqramdakı, 19%-i serverə qoşulma, digər 38%-i mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətləniblər.

Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Niderland və digər ölkələrdən olan istifadəçilərdən gəlir.

Vumart və Güvən reklamı Vumart Güvən