ABŞ-da yeni 5G şəbəkəsinin tətbiqi təxirə salındı

 21:08 04.01.2022     114

ABŞ Prezidenti Cozef Bayden yeni 5G şəbəkəsinin yerləşdirilməsinin təxirə salınmasına dair razılaşmanı dəstəkləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Buna səbəb təyyarələrin uçuş təhlükəsizliyinə potensial təhdidlər olub.

Belə ki, yanvarın 5-nə planlaşdırılan 5G mobil şəbəkəsinin işə salınması iki həftə gecikdiriləcək. Əldə olunmuş razılaşma qarşıdakı iki həftə ərzində aviasiya uçuşları zamanı heç bir ciddi fasilələrin yaranmayacağına zəmanət verir.

ABŞ səlahiyyətliləri 5G tezliklərinin istifadəsinin uçuş təhlükəsizliyinə təsir edə biləcəyindən ehtiyat edir. Bununla əlaqədar ABŞ Nəqliyyat Departamenti əvvəllər sənayenin ən böyük müəssisələrindən bu şəbəkələrin tətbiqini təxirə salmağı xahiş etmişdi.