Marsın yeni görüntüləri - FOTO

 20:46 05.01.2022     114

Çinin “Tianwen-1” cihazı Marsdan yeni fotolar paylaşıb.

Redaktor.az xəbər verir ki, Yeni il münasibəti ilə paylaşılan yeni görüntülər “Tianwen-1” cihazında yerləşdirilən kiçik kamera tərəfindən lentə alınıb.

Fotolarda Marsın şimal buz örtüyü görünüb.

Çin Milli Kosmik İdarəsi (CNSA) kosmik gəminin Yerdən təxminən 350 milyon kilometr uzaqda olduğunu bildirib.

CNSA həmçinin Marsın səthində çəkilmiş bir foto da yayımlayıb.

“Tianwen-1” 2021-ci ilin fevralından Marsın orbitindədir.

 

2