"Toyota" bütün diqqəti elektromobilə yönəldəcək

Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” 2030-cu ilə qədər onlarla elektrikli avtomobil modelini təqdim etməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə konsernin prezidenti Akio Toeda yerli jurnalistlərə söylədiyinə görə, söhbət 30 modeldən gedir.
“Elektrikli avtomobil satışlarımızın 2030-cu ilə qədər 3,5 milyona çatacağını gözləyirik”, - Toeda şirkətin 2035-ci ilə qədər bizneslərinin karbon neytrallığına nail olmaq niyyətində olduğunu söyləyib.
O, eyni zamanda bildirib ki, qlobal planlarını yerinə yetirmək üçün “Toyota” akkumulyator texnologiyasına sərmayəsini 4,4 milyard dollara çatdıracaq.