"Canlı" maye robotlar yaradıldı

 13:32 07.01.2022     173

“Nature Chemistry” jurnalında dərc olunan yeni araşdırmada elm adamları ilk dəfə öz-özünə işləyən diametri cəmi 2 millimetr olan maye robotunu təqdim ediblər.

Redaktor.az xəbər verir ki, robot elektrik əvəzinə ətrafdakı kimyəvi maddələrdən aldığı enerji ilə davamlı olaraq işləyə bilir.

Məqalədə “Berkeley” Laboratoriyasının Material Elmləri Bölməsindən tədqiqatın həmmüəllifi Tom Russell - "Obyektin mayedə qalma gücünü idarə etmək üçün kimyadan istifadə etməklə, biz avtonom şəkildə işləyə bilən maye robot sisteminin layihələndirilməsində maneəni qırdıq" deyib.

 “Bizim elektrik enerjisini təmin etməyə ehtiyacımız yoxdur, çünki mayelərimiz öz gücünü və ya “qidasını” ətraf mühitdən kimyəvi vasitələrlə alır”,- Rassel bildirib.

Tədqiqatda təsvir edilən bir sıra eksperimentlərdə tədqiqatçılar maye robotların duzla qidalandırilaraq onların ətrafdakı məhluldan daha ağırlaşdırıldığını və məhlulun ortasında bir araya toplandığını aşkar ediblər.

Bu hərəkət likvid robotlarda reaksiyaya səbəb olub. Sözügedən reaksiya robotları səthə qaldırmaq üçün şarlar kimi işləyən oksigen balonları yaradıb. Robotlar səthdə yükləri boşaldıblar və sistemdə duz olduğu müddətdə işlərini davam erdiriblər.

Alimlər bu canlı robotların özlərini kopyalayaraq çoxalma qabiliyyətini kəşf ediblər.

Tədqiqatçılar gələcəkdə likvid robotların ətraf mühitdə müxtəlif qaz növlərinin aşkarlanması və ya dərmanların kəşfi və dərman sintezində kimyəvi nümunələrin skan edilməsi kimi bir sıra vəzifələri yerinə yetirmək üçün necə istifadə oluna biləcəyini qiymətləndirməyə ümid edirlər.