Daha bir şirkət elektrikli avtomobilləri təqdim etdi

“Sony” dünən başlayan CES 2022 sərgisinə 2 elektrikli modeli ilə qatılıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, texnologiya nəhəngi 2020-ci ildə nümayiş etdirdiyi “Vision S” konseptindən əlavə, yeni “SUV” modelini də təqdim edib. Yeni avtomobil 268 at gücündə iki mühərrikə malikdir.
“Sony”nin baş direktoru Keniçiro Yosida təhlükəsizlik üçün avtomobilin içərisinə və xaricinə 40 sensor əlavə etdiklərini də açıqlayıb.