Tvitterin işində çətinlik yarandı

 08:40 21.01.2022     368

"Twitter" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ən çox ABŞ, Kanada və Böyük Britaniyada qeydə alınıb.

Məlumata əsasən, istifadəçilər saytın işində, mobil tətbiqdə və serverə qoşulmada problemlərlə üzləşiblər.

Vumart və Güvən reklamı Vumart Güvən