“Meta” süni intellektə malik superkompüteri yaratdı

 11:05 26.01.2022     505

“Meta” süni intellektlə işləyən “AI Research SuperCluster” (RSC) superkompüterinin yaradıldığını elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumat verilib.

Şirkətin baş direktoru Mark Zukerberq açıqlamasında “Meta RSC”nin dünyanın ən güclü  superkompüterlərindən biri olduğunu bildirib. Korporasiya vəd edib ki, tamamlandıqdan sonra kompüter 2022-ci ilin sonuna qədər öz seqmentində ən güclü olacaq.

Mühəndislərin fikrincə, superkompüter “metakainat” yaratmaq üçün texnologiyaların inkişafına kömək edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən