Parisdən Londona uçan maşınla səyahət
Slovakiya hakimiyyətidən sonra Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin standartlarına uyğunluq lisenziyası alan “AirCar” uçan avtomobili ilə London və Paris arasında yaxın gələcəkdə səyahətlərin təşkilui planlaşdırılır.
Redaktor.az "İndependent"ə istinadən xəbər verir ki, bu barədə uçan avtomobili istehsal edən "Klein Vision" şirkəti açıqlama verib.
Şirkətin "Air-Car" avtomobili 135 saniyəyə təyyarəyə çevrilir və havada olarkən saatda 160 kilometrdən çox sürətlə uçur. Bu, o deməkdir ki, Parislə London arasında 340 kilometrlik yol iki saatdan bir qədər çox çəkəcək.
“AirCar” 200 kiloqrama qədər sərnişin və yük daşımaq qabiliyyətinə malikdir. Avtomobilin arxa tərəfində iki teleskopik qurğu və qatlanan qanad var.
Qeyd edək ki, Stefan Klein tərəfindən əsası qoyulan "Klein Vision" Slovakiya şirkəti, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin standartlarına uyğun olaraq 70 saatdan çox sınaq uçuşunu tamamlayıb. Bu uçuşlara Nitra və Bratislav beynəlxalq hava limanları arasında 35 dəqiqəlik uçuş da daxildir.
Avtomobil kiçik və orta ölçülü təyyarə təhlükəsizliyi sertifikatı alıb və indi ölkə üzərində uça bilər.
Sübhan Şərif












