“Facebook”da yenilik
"Facebook Messenger" istifadəçiləri qarşı tərəfin yoxa çıxan mesajın skrinşotunu çəkdiyi təqdirdə bildiriş alacaq.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan Mark Zukerberq özünün "Facebook" səhifəsində yazıb.
O, əlavə edib ki, artıq bu çatlarda GIF-lərdən, stikerlərdən istifadə etmək və mesajlara reaksiyalar göndərmək də mümkün olacaq.
Qeyd edək ki, messencerdə yoxa çıxan mesajlar yalnız çarpaz şifrəli çatlarda mövcuddur. Mesajları yoxa çıxan etmək üçün gizli yazışmalara keçid etmək lazımdır.












