Google köhnə kompüterlər üçün yenilik etdi
Google Windows və Mac OS sistemli köhnə kompüterlər, noutbuklar, Linux sistemli qurğular üçün nəzərdə tutulmuş yeni Chrome OS Flex əməliyyat sistemini anons edib.
Redaktor.az xəbər verir ki, yeni əməliyyat sistemi Chrome əməliyyat sisteminə çox bənzəyir.
Bildirilir ki, kompüterə yeni sistemi quraşdırmaq lazım deyil. Onu sadəcə USB flash karta yükləyərək, daha sonra onu kompüterinizin hard diskinə quraşdırıb-quraşdırmayacağınıza qərar verə bilərsiniz.
Google qeyd edib ki, bu əməliyyat sisteminin əsas auditoriyası müasir əməliyyat sistemlərinin çox “ağır” olduğu istehsal ili 10 ildən yuxarı kompüteri olan istifadəçilər olacaq.
Hazırda yeni sistem sınaqdan keçirilir. Lakin ekspertlər hesab edirlər ki, onun nəzərə çarpan kütləvi məhsula çevrilməsi ehtimalı azdır.












