“Google” da Rusiyanın dövlət mediasını blokladı

 09:57 27.02.2022     451

“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb.

Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub.

Vumart və Güvən reklamı Vumart Güvən