Teleqramın işində nasazlıq yarandı

 22:53 01.03.2022     504

Teleqram sosial şəbəkəsinin işində nasazlıq yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Teleqram istifadəçilərinin 44%-i serverə qoşulma, 32%-i mesajların qəbulu, daha 21%-i girişlə bağlı problemlərdən şikayətlənirlər.

Əsasən Rusiya, Ukrayna, Almaniya, Niderland və bir sıra digər ölkələrin sakinləri problemlərlə üzləşiblər.

Vumart və Güvən reklamı Vumart Güvən