Votsapda yeni funksiya yaradıldı

 20:31 09.03.2022     580

Votsapda yeni funksiya yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer qrup çatlarında sorğuların keçirilməsi funksiyasını sınaqdan keçirir.

Mütəxəssislərin fikrincə, bu funksiya iOS üçün tətbiqin beta versiyasında yaradılıb.

Qrup çatları daxilində sorğunun yaradılması şifrələmə ilə qorunacaq. İstifadəçilər sualı daxil edərək səsverməyə başlayacaq və nəticələr qrup çatı daxilində göstəriləcək.

Funksiyanın nə qədər çevik olacağı hələ məlum deyil.

Bu funksiya Android üçün hələ tapılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən