Rusiyada "Instagram" bağlana bilər

 16:12 11.03.2022     505

"Roskomnadzor" ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar "Instagram" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

“Rusiya Baş Prokurorluğunun tələbi əsasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq”, - Roskomnadzor bildirib.

***

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Interfaks” yazıb.

Bildirilib ki, qurum həmçinin məhkəmələr vasitəsilə “Meta”nı ekstremist təşkilat kimi tanımaq istəyir.

Vumart və Güvən reklamı Vumart Güvən