Rusiyada “Instagram”a analoq olacaq “Rossqram” yaradıldı - FOTO

 14:01 16.03.2022     382

Rusiyada ölkə ərazisində bloklanan "İnstagram"ın analoqu – “Rossqram”ın yaradıldığı elan edilib. Yeni sosial şəbəkənin müəllifi sahibkar Aleksandr Zobovdur. O, “VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durovla eyni kursda oxuduğunu iddia edir.

Redaktor.az ixbt.com-ə istinadən xəbər verir ki, “Rossqram”ın martın 28-də istifadəyə verilməsi planlaşdırılır.

“Biz həmçinin “Instagram”dan məlumatları köçürmə funksiyası üzərində işləyirik, ona görə də “Parametrlər” – “Məxfilik və təhlükəsizlik” – “Məlumatların yüklənməsi” – “JSON formatında  (HTML yox) fayl sorğusu” bölməsində məlumatlarınızı “Instagram”dan yükləməyə çalışın”,- deyə mesajda ​​deyilir.

Yeni sosial şəbəkədə əlavə monetizasiya alətləri olacaq.

Layihənin təsisçiləri sahibkar Aleksandr Zobov və Kirill Filimonovdur.

 

   
Vumart və Güvən reklamı Vumart Güvən