“Twitter” Ukrayna hadisələrinə aid 50 min materialı sildi
“Twitter” Ukraynadakı hadisələrlə bağlı həqiqəti əks etdirməyən 50 min qeyri-dəqiq materialı silib.
Redaktor.az RBK-ə istinadən xəbər verir ki, bu barədə şirkətin ictimai siyasət üzrə vitse-prezidenti Şineyd MakSuini “Twitter”də məlumat yayıb.
Şineyd MakSuini əlavə edib ki, “Twitter” gələcəkdə də oxşar təmizləmə əməliyyatlarını davam etdirəcək.












