Rusiya Avropa peyklərindən istifadə edə bilməyəcək
Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əlaqəni kəsib. O, məlumat mübadiləsini dayandırıb və rusiyalı əməkdaşlar üçün təlim proqramını bağlayıb.
Redaktor.az-ın Reuters-a istinadən məlumatına görə , hökumətlərarası təşkilat peyklərin buraxılması və istismarı, habelə peyk məlumatlarının son istifadəçilərə çatdırılması üçün məsuliyyət daşıyır və operativ iqlim monitorinqinə köməklik göstərir. EUMETSAT Almaniyanın Darmştadt şəhərində yerləşir.












