Tviter "Russia Today"in səhifəsini bağladı

 18:21 08.04.2022     294

Tviter sosial şəbəkəsi “Russia Today” telekanalının səhifəsini bağlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

“Tviter RT-nin səhifəsini bağlayıb. Biz qərarla bağlı şikayət edəcəyik”, - RT telegram-telekanalı bildirib.

Bir müddət əvvəl Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəklədiyi üçün yutub da Rusiya kanallarına məhdudiyyət tətbiq edib. Tviterin RT-ni də bu səbəbdən bağladığı istisna edilmir.