NOKIA Rusiya bazarını tərk edir

 11:26 12.04.2022     377

Finlandiyanın nəhəng şirkətlərindən olan NOKIA Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin saytında yazılı açıqlama verilib. Bildirilib ki, korporasiya Rusiya ərazisinə ixracı tamamilə dayandırır və bununla da adı çəkilən ölkənin bazarını tərk edir. NOKIA öz açıqlamasında həmçinin bu qərarın Ukraynada baş verənlər, eyni zamanda humanitar vəziyyət səbəbindən qəbul olunduğu açıqlanıb.

“Qərb ölkələri artıq dünya səviyyəli vacib telekommunikasiya müəssisəsi olan NOKIA-nın Rusiya bazarını tərk etməsindən ciddi narahatlıq ifadə ediblər. Onlar həmçinin informasiya təminatı və internet xidmətlərinin göstərilməsində fasilə yaranmasını yolverilməz sayır” – şirkətin bəyanatında belə deyilir.