Rusiyadakı istifadəçilər “Netflix”i məhkəməyə verdilər

 12:54 13.04.2022     272

Rusiyada yaşayan istifadəçilər Moskvanın Xamovniçeskiy məhkəməsinə kollektiv şəkildə müraciət edərək, “Netflix” yayım xidmətinə qarşı 60 milyon rublluq (700 min ABŞ dollarından çox) iddia irəli sürüblər.

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir.

İddiaya “Netflix” şirkətinin Rusiya ərazisində xidmət göstərməkdən birtərəfli qaydada imtina etməklə rusiyalı istifadəçilərin hüquqlarını pozması səbəb olub.