İsrail lazer silahını sınaqdan keçirdi - VİDEO

 19:02 14.04.2022     408

İsrail Ordusu yeni lazer silahını sınaqdan keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri yazıb.

Qeyd olunur ki, silahlar pilotsuz uçuş aparatlarını, minaatan mərmilərini, tank əleyhinə silahları və raketləri havada zərərsizləşdirməyi bacarır.

Lazer silahlı ABŞ-ın "Rafael" və İsrailin "Elbit" müdafiə şirkətləri ilə birgə hazırlanıb.

"Light Shield" adlanan sistemin sınaqları davam edir. Onun bir neçə il ərzində İsrail ordusuna təhvil veriləcəyi gözlənilir. Qeyd olunur ki, lazer silahı bu ilin sonunadək Qəzza yaxınlığında sınaqdan keçiriləcək.

Qəzet yazır ki, İsrailin istehsal etdiyi "Dəmie Günbəz" hava hücumundan müdafiə sisteminin bir hədəfi vurması 49 min dollara başa gəlir, lazer silahında isə bu rəqəm 3.5 dollar olacaq.