“Netflix” Rusiyada itirdiyi ödənişli müştərilərinin sayını AÇIQLADI

 15:34 20.04.2022     375

19 aprel tarixində yayımlanan rüblük hesabatda “Netflix” 2022-ci ilin əvvəlinə olan göstəricilərə görə, 200 min ödənişli müştərisini itirdiyini açıqlayıb.

“Rusiyada xidmətimizin dayandırılması və Rusiyanın bütün ödənişli proqramlarının məhdudlaşdırılması pullu xidmətlərin xalis artımına 700 min səviyyəsində mənfi təsir göstərib, bu təsir istisna olmaqla, pullu xidmətlər üzrə xalis artım isə 500 min təşkil edib”, – deyə hesabatda vurğulanır.

Redaktor.az xəbər verir ki, martın 7-də “Netflix” Moskvanın Ukraynada keçirdiyi müharibə əməliyyatları ilə əlaqədar Rusiyada işləri dayandırmaq qərarına gəlib. Bundan əvvəl xidmət Rusiya orijinal layihələri üzərində işi dayandırmışdı.

Ödənişli abunəçilərin abunədən çıxması ilə əlaqədar “Netflix” özünün reklamlarla yayım xidmətinin daha ucuz versiyasını yaratmağı planlaşdırır. Bu barədə “Bloomberg”də verilən məlumatda qeyd olunur ki, “Netflix”in baş direktoru Rid Hastinqs investorlarla söhbətində bu ideyanı müzakirə edib. Bunun “Netflix” üçün "böyük dəyişiklik" olacağı qeyd olunur.