"Kiberhücumların tezliyi artıb"

 17:39 22.04.2022     414

Dünyada kiberhücumların tezliyi təxminən 4 dəfə artıb.

Redaktor.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

"Əgər əvvəllər kiber hücumlar hər 40 saniyədən bir həyata keçirilirdisə, indi bu,11 saniyədən bir baş verir. Paralel olaraq internetə qoşulan cihazların sayı da artıb. Əgər 2016-cı ildə 11 milyard cihaz qlobal şəbəkəyə qoşulmuşdusa, hazırda bu rəqəm 80 milyard cihazdır", - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, indiyə qədər kiberhücumlar dünya iqtisadiyyatına 6 trilyon ABŞ dolları ziyan vurub: "Bu isə qlobal ümumi daxili məhsulun (ÜDM) 6%-i, ABŞ və Çindən sonra 3-cü böyük iqtisadiyyat deməkdir".