“Amazon” şirkəti 4 milyard dollar itirib

 16:56 29.04.2022     446

“Amazon” şirkəti ilin ilk üç ayında əhəmiyyətli itki ilə üzləşib.

Redaktor.az “CNN Business”ə istinadən xəbər verir ki, 31 martda sona çatan rübdə şirkət 3,8 milyard dollar zərərlə qarşılaşıb.

Bildirilir ki, bu, keçən ilin eyni dövründə şirkətin əldə etdiyi 8,1 milyard dollar mənfəətə nisbətən gəlirdə kəskin azalmadır.

Şirkət itkisini əsasən elektrik avtomobil istehsalçısı “Rivian Automotive”ə sərmayəsindən qaynaqlanan 7,6 milyard dollar itki ilə əlaqələndirir.