İlon Mask “Tesla”nın səhmlərini satdı

 10:20 30.04.2022     485

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask bu həftə “Tesla”nın səhmlərini satıb.

Redaktor.az xəbər verir ki, o, şirkətin idarə heyəti ilə tviteri təxminən 44 milyard dollara almaq üçün razılaşdıqdan sonra bu həftə “Tesla”nın təxminən 8,5 milyard dollarlıq səhmlərini satıbşa çıxarıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına edilən bildirişlərə görə, İlon Mask çərşənbə axşamından cümə axşamına kimi ümumilikdə 9,6 milyondan çox səhm satıb.

Maliyyə məlumatları və proqram təminatı şirkəti “FactSet”ə görə, “Tesla”nın ən böyük səhmdarı Mask sözügedən satışlardan əvvəl şirkətin təxminən 17 faizinə sahib idi.