Kriptovalyutaların qiyməti aşağı düşdü

 18:22 03.05.2022     492

Ötən həftə ərzində başlıca kriptovalyutalar arasında "Bitkoin"in qiyməti 4,8 %, “Ethereum”un isə qiyməti 5,5 % azalıb.

Redaktor.az ixbt.com-a istinadən xəbər verir ki, mayın 4-də ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsinə dair açıqlama verəcək. Faiz dərəcəsinin 50 faiz bəndi artırılaraq 1 %-ə çatdırılacağı gözlənilir.

Ekspertlərə görə, FED-in rəhbərinin Cerom Pauelin açıqlamasına bazarın reaksiyası kriptovalyutaları daha da ucuzlaşa bilər.