Bitkoin yenidən ucuzlaşdı

 11:10 11.05.2022     642

Dünyanın aparıcı kriptovalyutası Bitkoin ucuzlaşmaqda davam edir.

Redaktor.az "Coindesk" platformasına istinadən xəbər verir ki, ötən gün ticarət sessiyası zamanı Bitkoin (Bitcoin) 4,8% ucuzlaşaraq 30,179 min dollaradək düşüb.
Kriptovalyuta Bakı vaxtı ilə saat 11:00-da isə 30,401 min dollara ticarət edilib.

Qeyd edək ki, Bitkoin sonuncu dəfə 2021-ci ilin iyul ayında 30 min dollara qədər ucuzlaşıb.