İlon Mask kosmosa 53 peyk göndərdi

 20:59 14.05.2022     1381

“Starlink” internet peyk şəbəkəsinin bir hissəsi olacaq 53 peyk ABŞ-ın Kaliforniya ştatından raket istehsalçısı “SpaceX”ə məxsus Amerika kosmik gəmisi və raketi tərəfindən kosmosa buraxılıb.

Redaktor.az xəbər verir ki, “SpaceX”in “Falcon-9” raketi Vandenberq Kosmik Qüvvələri bazasından saat 15:07-də ​​buraxılıb.

 “SpaceX” sosial şəbəkədə peyklərin uğurla yerləşdirildiyini paylaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən