Köhnə ayfonlarda vatsap işləməyəcək

 19:26 22.05.2022     1614

Vatsap messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan Ayfon smartfonlarında tətbiqin dəstəyini dayandırırlar.

Redaktor.az xəbər verir ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən Vatsap iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək.

Belə ki, iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunur.

Beləliklə, Vatsap artıq Ayfon 5 və Ayfon 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.

Vumart və Güvən reklamı Vumart Güvən