"TEKNOFEST"in bugünkü proqramında dəyişiklik oldu

 09:46 28.05.2022     2993

28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən