Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq

 12:57 28.05.2022     3039

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST  Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə keçirilib.

Görüş çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Vumart və Güvən reklamı Vumart Güvən