Facebook və Instagram uşaqlara zərər verməkdə ittiham olunur

 17:56 12.06.2022     208

Facebook və Instagram uşaqlara zərər vurduğu üçün Meta Korporasiyası ABŞ-da səkkiz iddia ilə məhkəməyə verilib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Register” saytında məlumat verilib.

Zərərçəkmişlər iddia ərizələrində qeyd olunan sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bundan əlavə, iddiaçıların fikrincə, Facebook və Instagram təşviq edir ki, azyaşlılar yemək pozğunluğu, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxsınlar.

Bütün bu səkkiz işə Beasley Allen hüquq firmasını təmsil edən vəkil Endi Burçfild baxır. O, sayta müsahibəsində deyib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-da üzləşdiyimiz psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.

Qeyd olunur ki, iddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.