Qulaqlıqdan istifadə edərkən diqqətli olun

 01:33 20.06.2022     138

Müasir günümüzdə gənclərin demək olar ki, hamısı qulaqlıqlardan istifadə edir. Bu texnoloji aksesuarla biz nəinki musiqiyə qulaq asır, hətta kinoya baxır, telefonla danışır və xəbərləri dinləyirik.

Redaktor.az bildirir ki, mütəxəssislər qulaqcıq alarkən diqqətli olmağı tövsiyə edirlər. Çünki texnologiyanın inkişafı qulaqcıqların satışı ilə əlaqədar bir-çox alternativ vasitlərin meydana çıxmasına səbəb olur. Satışda qulaqcıqların müxtəlif növlərinin olması alıcıları çətin seçim qarşısında qoyur və standartlara cavab verməyən qulaqcıqlar insanlarda bir çox patologiyalara səbəb ola bilir.

Qulaqcıqlardan ən çox musiqiyə gur səslə qulaq asmaq istəyənlər istifadə edirlər. Bu zaman qulaqcıqlar gur səsli musiqinin ətrafdakıları narahat etməsinə yol vermir.

Qulaqcıqlar insana rahatlıq verir və musiqini daha da cazibəli edir.

Amma həkimlər gur səslə uzun müddət musiqi dinləməyin insanın qulaqlarına və beyninə mənfi təsir etdiyini söyləyirlər. Belə ki, bu baş ağrılarına və sinir sisteminin zədələnməsinə səbəb ola bilir. Bu xüsusən də azyaşlı uşaqlar üçün daha təhlükəli sayılır.