Feysbuk və instaqramı qadağan edən Rusiya məhkəməsi votsapı BAĞLAMADI

Moskva Şəhər Məhkəməsi Rusiyada fəaliyyəti qadağan edilmiş “Meta” şirkətinin şikayətini təmin etməyib.
Redaktor.az bu barədə “İnterfaks”a istinadla məlumat verir.
"Apellyasiya şikayəti təmin edilməli, Moskva Tverskoy Məhkəməsinin 21 mart 2022-ci il tarixli qərarı dəyişməzdir", - hakim Aleksandr Ponomarev qərarı elan etdi.
Beləliklə, ölkədə bloklanan feysbuk (Facebook) və instaqram (Instagram) sosial şəbəkələrinin sahibi olan Meta-ya Rusiyada qoyulan qadağa qüvvəyə minir.
“Meta”nın nümayəndələri məhkəmədə təkid ediblər ki, birinci instansiyanın qərarı dərhal ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
Məhkəmə iclasında Roskomnadzor və Rusiya FSB nümayəndələri də iştirak ediblər. Onların fikrincə, Rusiyada ekstremist “Meta” şirkətinin fəaliyyəti qadağan edilməlidir. Onlar birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş ediblər.
21 mart 2022-ci il tarixində Tverskoy Məhkəməsi Rusiya Federasiyası Baş Prokurorluğunun Meta Platforms Inc-in Rusiya ərazisində fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən, ekstremist fəaliyyət göstərdiyi üçün "Meta"nın fəaliyyəti məhsulların - feysbuk və instaqram sosial şəbəkələrinin satışı baxımından qadağan edilib.
Bununla belə, məhkəmə qərarı ictimaiyyətə məlumat yaymadığı üçün Meta-ya da məxsus olan votsapa (WhatsApp) şamil edilmir.
Hazırda Rusiya Federasiyası ərazisində feysbuk və instaqrama giriş məhduddur.
T.İSMAYIL