Bu telefonlarda "Whatsapp" işləməyəcək

 02:31 22.06.2022     117

"WhatsApp"ın bəzi iPhone və iPad-lərdə istifadə edilən bəzi iOS versiyaları üçün dəstəyi dayandıracağı bildirilib.

Redaktor.az xəbər verir ki, "Meta" tətbiqi bununla bağlı son istifadə tarixini verib.

Belə ki, iOS 10 və iOS 11 istifadəçiləri oktyabrın 24-dək iPhone telefonlarını yeni iOS 12 və ya daha yüksək versiyalara yeniləməsələr, "WhatsApp"dan istifadə edə bilməyəcəklər.

iOS 10 və 11 ilə işləyən iPhone modelləri artıq "Whatsapp"dan istifadə edə bilməyəcək. Onlar iPhone 5 və iPhone 5s hesab olunur.

Qeyd edək ki, Apple iOS 16-nı təqdim etməyə hazırlaşır

Digər tərəfdən, Apple-ın iOS 16 əməliyyat sistemini tezliklə elan edəcəyi gözlənilir. İddiaya görə, iOS 16 iPhone 6S, iPhone 6S Plus və iPhone SE-ni dəstəkləməyəcək.