“Tesla” insanabənzər robot nümayiş etdirəcək” - FOTO

 09:17 23.06.2022     147

İlon Mask bildirib ki, “Tesla” sentyabrın sonuna qədər “Tesla Optimus” humanoid robotunun işlək prototipini yaratmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki o, bu barədə Qətər İqtisadi Forumundakı çıxışı zamanı məlumat verib.

İş adamının sözlərinə görə, hər şey plan üzrə gedir.

Qeyd edək ki, robotun təchiz ediləcəyi süni intellekt sisteminin təqdimatı bu ilin avqustunda baş tutmalı idi.

Lakin Mask tədbiri sentyabrın 30-na təxirə salıb. Gecikmənin səbəbinə gəlincə, “Tesla”nın baş direktoru proqramın robotla eyni vaxtda təqdim ediləcəyini vurğulayıb.

 

Mənbə: ferra.ru