Tviter şirkəti İlon Maskı məhkəməyə verir

 09:16 09.07.2022     471

Milyarder Elon Mask  Tviter (Twitter) almaqla bağlı razılaşmadan çıxdığını bildirib. 

Redaktor.az xəbər verir ki, bu barədə onun nümayəndəsinin şirkətə göndərdiyi məktubda deyilir.

Sənəddə qeyd edilir ki, Mask “birləşmə sazişini ləğv etmək və onunla nəzərdə tutulan əməliyyatdan imtina etmək” hüququndan istifadə edir.

Tviterin direktorlar şurasının sədri Bret Taylor bildirib ki, şirkət sosial şəbəkəni əldə etmək üçün İlon Maskı məhkəməyə verəcək.

"Tviterin direktorlar şurası sövdələşməni Mask ilə razılaşdırılmış qiymət və şərtlərlə bağlamağa sadiqdir və birləşmə razılaşmasını təmin etmək üçün hüquqi tədbirlər görməyi planlaşdırır. Delaver ştatının Kanser Məhkəməsində qalib gələcəyimizə əminik", - Teylor tviter hesabında yazıb.

Qeyd edək ki, şirkət bu il aprelin sonunda Tviteri satmaq üçün Mask ilə razılaşdığını elan edib. Müqavilənin ümumi dəyəri ilkin olaraq 44 milyard dollar qiymətləndirilib.

Şirkətin direktorlar şurasının sədri Bret Taylor bu qərarı Tviter səhmdarları üçün ən yaxşı irəliləyiş adlandırıb. Maskın özü bu sosial şəbəkənin böyük potensialını açmaq niyyətində olduğunu bildirsə də, sonradan sövdələşmənin dayandırıldığını elan edib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən