Tviter İlon Maskı məhkəməyə verdi

 09:57 13.07.2022     375

Tviter (Twitter) amerikalı biznesmen İlon Maskı məhkəməyə verib.

Redaktor.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, şirkət məhkəmə yolu ilə sosial şəbəkənin milyarder tərəfindən alınmasına nail olmaq istəyir. 

Xatırladaq ki, İlon Mask bu yaxınlardaTviteri təxminən 44 milyard dollara almaq üçün bağladığı müqaviləni ləğv edib. Milyarder buna səbəb olaraq isə sosial şəbəkənin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd edib. Şirkət bununla bağlı məhkəməyə müraciət edəcəyini bəyan etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən