“Android” smartfonlarda peyk rabitəsi olacaq

 15:38 02.09.2022     420

“Google” şirkəti “Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə “Google”un Platformalar və Ekosistemlər üzrə baş icraçı direktoru Hiroşi Lokxeymer məlumat verib.

Şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan “Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, “Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən