Votsapda daha bir yenilik olacaq

 04:43 05.09.2022     444

 

“WhatsApp” messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb. 

Qeyd olunur ki, “WhatsApp Surveys” adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər.

Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək.

İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün “WhatsApp Surveys” çatını bloklaya biləcəklər.