“Süni intellektə nəzarət etmək mümkün olmayacaq” - Alimlərdən xəbərdarlıq

 09:25 19.09.2022     178

Bəşəriyyətin süni intellekt tərəfindən məhv edilməsi ideyası uzun müddətdir müzakirə olunur. Elm adamları insanların yüksək səviyyəli kompüter super intellektini idarə edə biləcəyi ilə bağlı fikirlərini bölüşürlər.

Redaktor.az "ferra.ru"yaa istinadən xəbər verir ki, bəzi alımlərin finkrincə, insan anlayışından çox kənarda olan əsl süni intellektə nəzarət etmək üçün bizim təhlil edə və ya idarə edə biləcəyimiz belə bir super zəkanın simulyasiyası tələb olunacaq. Amma bunu dərk edə bilməsək, belə bir simulyasiya yaratmaq da mümkün deyil.

Elə isə süni intellekt üçün “insanlara zərər verməyin” kimi məhdudlaşdırıcı qaydalar təyin edə bilməyəcəyik.

Alimlər onu da qeyd edirlər ki, hazırda bəşəriyyət belə bir süni intellekt yarada bilməsə də, bu həddi hansı məqamda aşacağı məlum deyil.