“WhatsApp”da problem yarandı - FOTO
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda “WhatsApp” mesencerinin işində problemlər müşahidə olunur.
Redaktor.az xəbər verir ki, istifadəçilər populyar mesencerin veb-versiyasına girişdə problem yaşandığını bildiriblər. Həmçinin fərdi və qrup çatlarında ismarışları göndərmək mümkün olmayıb.












