İnsanların öləcəyi günü deyən telefon icad olundu

 21:30 30.10.2022     178

Alimlər yaxın zamanlarda insanların nə zaman ölə biləcəyini müəyyənləşdirəcək.

Redaktor.az "The Independent"ə istinadən xəbər verir ki, 100 mindən çox şəxşin mobil cihazına izləmə cihazı yerləşdirilib və onların gün ərzində sadəcə 6 dəqiqə hərəkət etməsi araşdırma nəticəsini əldə etməyə kömək olub.

İstifadəçinin demoqrafik göstəriciləri ilə birlikdə yerimə sürəti telefon vasitəsilə toplana və ölüm nisbətlərini qiymətləndirmək üçün alqoritmdə istifadə edilə bilər. Tədqiqatda iştirak edən orta yaşlı və yaşlı insanların təxminən iki faizi sonrakı illərdə dünyasını dəyişib.

"Nəticələrimiz göstərir ki, hərəkət sensorları ilə passiv ölçmələr gediş sürətinin və tempinin aktiv ölçülməsinə oxşar dəqiqlik dərəcələrini təmin edə bilər. Genişləndirilə bilən metodlarımız ölkə daxilində sağlamlıq riskini yoxlamaq üçün əlverişli bir yol təklif edir",- deyə müəlliflər yazıb.