Feysbuk 10 mindən çox insanı işdən çıxardı

Xəbər verdiyimiz kimi, feysbuk (Facebook) bu həftə işçilərə ixtisarlarla bağlı məlumat veriləcəyini bildirmişdi.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Meta bu gün 11 000-dən çox işçini işdən çıxarıb.
Qeyd olunub ki, üçüncü rübdə Meta-nın xərcləri 22 milyard dolları keçib.
Sentyabr ayının sonu etibarilə Meta-da 87 min adam işləyirdi. İşdən çıxarılanlar ümumi işçilərin 13 faizini təşkil edir. Bu, şirkətin 18 illik tarixində ən əhatəli işdən çıxarma planıdır.
Son balans hesabatına görə, Meta-nın gəlirləri 4 faiz azalaraq 27 milyard dollar olub. Bununla belə, xərclərin 22 milyard dollara yüksəlməsi ilə Meta investorları uzunmüddətli perspektivdən narahat olmağa başlayıblar.
Həmidə İbrahimova