ABŞ-a məxsus kosmik dron 2 il sonra bazaya qayıtdı

 01:15 14.11.2022     283

ABŞ-ın orbitə buraxdığı kosmik dron 2 il sonra Florida ştatının kanaveral burnunda bazaya uğurla enib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “Boeing” şirkəti məlumat verib.

Şirkət bildirir ki, ilk uçuşu 2010-cu ildə baş tutan dron 12 ildə 6 missiya həyata keçirib. Qurğu ABŞ mütəxəssislərinə yeni kosmik texnologiyaları sınaqdan çıxarmaq üçün imkan verib.

ABŞ ordusu üçün hazırlanmış X-37B adlı dronun uzunluğu 9 metr, qanadlararası məsafə isə 5 metrdir. Avadanlıqların qidalanması günəş batareyaları ilə həyata keçirilir. İlk dövrdə tam məxfi aparılan işlər indi ictimailəşdirilib. Bu dron müxtəlif materialların kosmosda müqavimətini yoxlamaq imkanı verir(apa).

 

 

Vumart və Güvən reklamı Vumart Güvən